Bayramda işləyən banklar 2020 - SİYAHI | Banco.az

Bayramda işləyən banklar 2020 - SİYAHI

Sabahdan başlayaraq yanvarın 7-nə qədərki bayram günlərində Azərbaycandakı bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bayram günlərində AMB-nin yaratdığı bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər.

Koordinator: Azər Quluyev

Qaynar xətt: (+994) 70 922 29 99

Bankların bayramda çalışan filialları - Siyahı 

Azərpoçt bayramda çalışan şöbələri  - Siyahı