Bankların Yeni il kampaniyaları - 2024 | Banco.az

Bankların Yeni il kampaniyaları - 2024

Müəllif: Gülnar Əhmədli, Banco.az

Artıq Yeni ilə bir neçə gün qalıb. Hər yerdə bununla əlaqədar endirim və kampaniyalarına rast gəlirik. Ölkədə fəaliyyət göstərən banklar da yeni illə əlaqədar kampaniyalara start verib. 

Banco.az bankların bayram münasibətilə keçirdiyi kampaniyaları bir araya yığıb sizə təqdim edir:

1. Bank VTB

Bank VTB-nin kredit kampaniyası dekabrın 30-dək davam edəcək. Krediti banka gəlmədən "İnternet Bank"da tam onlayn rəsmiləşdirmək mümkündür.  Krediti illik 10,99%-dən, zaminsiz və komissiyasız əldə edə bilərsiniz. Üstəlik, sənədləri "SİMA İmza" ilə təsdiqləyərək vəsaiti 10-15 dəqiqə ərzində əldə etmək mümkündür.

Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/2k8asp67

2. Rabitəbank

Bank nağd pul kreditləri üzrə "Yeni il" kampaniyası təklif edir. Kampaniyada illik faiz dərəcəsi 11.5%-dən başlayır,  kreditin məbləği 30 000 AZN-dək, müddəti isə 48 ayadəkdir.

Rabitəbank-ın təqdim etdiyi "Yeni il" kampaniyasında xalis gəlirlə yanaşı, müştəri seqmentlərinə uyğun olaraq xüsusi faizlər təqdim olunur. Təhsil və səhiyyə işçiləri üçün xüsusi güzəştlər nəzərdə tutulur. Kredit götürənlər üçün sığorta tələbi yoxdur. Kampaniyadan 31 yanvar 2024-cü ilə qədər yararlanmaq mümkündür.

Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/4uwc3vup

3. Bank of Baku

Hazırda bankda iki kampaniya var. Komissiyasız kredit kampaniyası və qış kampaniyası. 1-ci kampaniya çərçivəsində 50 000 AZN-dək krediti komissiyasız, illik 12,9%-dən başlayan şərtlərlə əldə edə bilərsiniz.

Digər kampaniyada isə 50 000 AZN-dək krediti 3-59 aya qədər, illik 11,5%-dən başlayan faizlərlə, 0%-dən başlayan komissiya şərtləri ilə əldə edə bilərsiniz.

Komissiyasız kredit kampaniyası: http://tinyurl.com/2p8rypt6

Qış kampaniyası: http://tinyurl.com/25crnkje

4. Yelo Bank

Yelo Bank 50 000 AZN-dək nağd pul kreditini illik cəmi 9.9%-lə, 0,5-1,5% komissiya və 6-59 ay müddətinə əldə etmək imkanı təklif edir. Qeyd edək ki, "10-dan sərfəli kredit" kampaniyası 30 dekabradək keçərlidir.

Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/3a97auex

5. Exspressbank

Kampaniya çərçivəsində Bankda 70 000 AZN-dək krediti illik min. 9.5%-lə əldə də bilərsiniz. Komissiya 0-3,5% aralığındadır, kreditin müddəti isə 59 ayadəkdir. Üstəlik, krediti indi alıb əsas məbləğ üzrə ödənişə 2 ay sonra başlaya bilərsiz.

Təklif 15.01.2024-cü il tarixinədək qüvvədədir.

Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/bdz9kr5n

6. AFB Bank

AFB Bank-ın nağd pul krediti üzrə "Mövsümün təklifi" adlı kampaniyası 31.12.2023-ci il tarixinədək qüvvədədir. AFB Bank-dan ilk dəfə nağd pul krediti alan müştərilər üçün komissiya 0% təşkil edəcək. Bununla yanaşı, rəsmi əmək haqqı və ya təqaüd alan hər kəs kreditlə bağlı xüsusi üstünlüklər qazanacaq. Kreditin illik faiz dərəcəsi 11.99%-dən, müddəti 3-48 ay, məbləği isə 30 000 manatadəkdir.

Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/4nd77nhw

7. Bank Respublika

Hazırda bankda bir neçə kampaniya var.

Bank Respublika-nın "O olmasın 10 olsun" kampaniyası çərçivəsində müştərilər 50.000 AZN-ə qədər krediti illik min. 10%-lə, 48 ayadək və komissiya tələbi olmadan əldə edə bilərlər. 

Üstəlik kredit üzrə zamin tələbi o da yoxdur.

Kampaniya  15 yanvar 2024-cü il tarixinədək davam edəcək.

Ətraflı: http://tinyurl.com/bdhaydxr

Digər kampaniya isə sahibkarlar üçündür.

Belə ki, Bankın sahibkarlar üçün start verdiyi yeni "İkiqat Dəstək" adlı kredit kampaniyasına görə, bankdan mikro və aqro kredit götürən müştərilərə ikiqat dəstək verilərək həm kredit faizində, həm də komissiyada endirim ediləcək. Belə ki, müştərilər qarşıdan gələn 2024-cü ildə öz planlarını həyata keçirmək üçün həm faiz dərəcəsində min. 20% endirim, həm də komissiyada min. 24% endirim əldə etmək imkanı qazanacaq.

Kreditin maksimal məbləği - 50.000 manatadək, müddəti - 48 ayadək, illik faiz dərəcəsi isə min. 10% təşkil edir. Kampaniya 1 fevral 2024-cü il tarixinədək davam edəcək.

Ətraflı: http://tinyurl.com/4uehvj7v

Bank Respublika Visa Neokart sahibləri üçün "Bütün marketlərdə keşbek qazan" adlı Yeni il kampaniyasını da təqdim edib. Belə ki, kampaniya çərçivəsində 29, 30, 31 dekabr tarixlərində ölkəmizin bütün marketlərində alış-veriş zamanı ödənişlərini Visa NeoKart ilə edən müştərilər 24% keşbek qazanmaq imkanı əldə edəcək.

Daha ətraflı: http://tinyurl.com/48fa7fh9

8. AccessBank

Bankda 2 kampaniya mövcuddur.

Kredit kampaniyasına görə, müştərilər hazırda 40 000 AZN-dək krediti illik cəmi 10%-dən başlayan faizlərlə əldə edə bilərlər. Komissiya 1-3% aralığında, müddət isə 6 aydan 48 ayadəkdir.

Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/2p836ejd

Bank, həmçinin, Yeni İl ab-havasına əlavə rəng qataraq, misli görünməyən "2023-də 23 AZN xərclə, 2024-də 24 AZN qazan" kampaniyasına start verib. Kampaniyanın qaydalarına görə, yeni OK kredit kartı sahiblərinə 2023-cü ilin son gününə qədər minimum birdəfəlik 23 manat xərcləmək şərti ilə, 2024-cü ilin ikinci həftəsinin sonunadək 24 AZN məbləğində birdəfəlik pul mükafatı kredit kartının balansına yüklənilir.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya 31 dekabra qədər aktivdir.

Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/2mddwhba

AccessBank, həmçinin sahibkarların biznes plan üzrə hədəflərinə çatmasına dəstək məqsədilə, növbəti il üçün güzəştli "İndi al, 2 ay sonra ödə" kampaniyasını təqdim edib.

Kampaniyanın şərtlərinə uyğun olaraq, yeni kiçik biznes sahibləri, eləcə də, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, krediti indi alıb, növbəti ilin iki ayı üzrə faiz ödənişlərindən azad olunurlar.

Kampaniya 20 dekabr 2023-cü il tarixindən 15 yanvar 2024-cü il tarixinədək qüvvədədir.

Ətraflı: http://tinyurl.com/yr5m9mmn

9. Unibank

Dekabrın 25-dən 30-dək Unibank-ın filialına getməklə, 3 000 AZN mədaxil edərək Mastercard Black Edition (3 illik), 10 000 AZN ilə isə Mastercard World Elite kartlarını (3 illik) pulsuz əldə edə bilərsiniz.

Ətraflı: http://tinyurl.com/5fvfj5nf

10. ABB

Bank Yeni illə əlaqədar bir neçə kampaniyaya start verib.

4 yanvaradək istənilən növ TamKart-la 20 AZN-dən yuxarı hər növbəti ödəniş daha çox keşbek qazandıracaq. Belə ki, 1-ci ödənişdə 1%, 2-cidə 2%, 3-cüdə 3%, 4-cüdə 4%, 5-ci ödənişdə isə 5% əlavə keşbek qazanacaqsınız.

Həmçinin, 15 yanvaradək isə Miles kart sahibləri 2024-cü ilə 2024 Mil qazanmaq şansı əldə edəcəklər. Bunun üçün Miles kartınız ilə ödənişlər etmək kifayətdir.

TamKart-lılara özəl Yeni il kampaniyası: http://tinyurl.com/4ymcc427

Miles kart sahiblərinə özəl kampaniya: http://tinyurl.com/mtjhuev7

Bank, həmçinin, Yeni ilə özəl olaraq "Xoş-beş" nağd kredit kampaniyasına başlayıb. Kampaniya çərçivəsində müştərilər ABB-dən nağd kredit alarkən illik faiz dərəcəsində müxtəlif güzəştlər qazanacaqlar. Belə ki, ABB-dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə illik faiz dərəcəsində 3% güzəşt ediləcək. Digər banklardakı aktiv kreditini bağlayan müştərilər isə əlavə 2%-dək güzəşt əldə edəcəklər. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu fürsətdən yararlanaraq 5%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar.

Kampaniya 15 yanvar 2024-cü il tarixinə qədər davam edəcək.

Kreditin şərtləri ilə bağlı daha ətraflı: http://tinyurl.com/52v57rn6

11. Kapital Bank

Bankın "Hər 100-cü müştərinin kredit ödənişinə 100 AZN hədiyyə" kampaniyası 30 dekabradək davam edəcək. Bu tarixə qədər nağd kredit əldə edən hər 100-cü müştəridən biri olsanız, kredit ödənişiniz üçün 100 AZN məbləğ Bankdan sizə hədiyyə olacaq. Bundan əlavə, onlayn əldə edilən kreditlərə 2%-dək endirim imkanı təqdim olunacaq. 

Ətraflı: http://tinyurl.com/5djcd7df

12. Xalq Bank

Bank Yeni il bayramı ərəfəsində XalqKart sahiblərini sevindirəcək kampaniyaya start verib.

14 yanvaradək XalqKart sahibləri 6 kateqoriya üzrə alış-verişlərdən 6% keşbek əldə edəcəklər. Belə ki, kampaniya ərzində XalqKart Petrol market, geyim, restoran, parfumeriya, gözəllik salonları və hədiyyə mağazalarında aparılan nağdsız ödənişlərdən 6% petrol, XalqKart Cashback kartları isə 6% keşbek qazandıracaq.

Daha ətraflı: http://tinyurl.com/3zsy43hd

13. Yapı Kredi Bank

Bank ilk dəfə Yapı Kredi Azərbaycan-dan istehlak kreditini əldə edən müştərilərə 3% endirim kampaniyasına start verib. Belə ki, Bank müştərilərinə 59 ayadək krediti 12%-lə əldə etmək imkanı yaradıb. Kampaniya yalnız yeni (Yapı Kredi Bankda ilk dəfə kredit götürən) müştərilərə şamil ediləcək. Üstəlik, kampaniya çərçivəsində kredit kart əldə etmiş müştərilər 31 dekabr tarixinədək kartdan alış-veriş edərsə bir illik xidmət haqqı tutulmayacaq. Kampaniya 31 dekabr 2023 tarixinədək keçərlidir.

Ətraflı məlumat üçün keçid edin: http://tinyurl.com/2uwhbws9

14. PAŞA Bank

PAŞA Bank kiçik və orta sahibkarlığa dəstək məqsədilə yeni kredit kampaniyası başladıb. 

Kampaniyanın əsas məqsədi il sonuna doğru kiçik və orta sahibkarlarda vəsait tələbinin artması, həmçinin bayramlar öncəsi tədarük və təchizat prosesində yarana biləcək ehtiyacların qarşılanmasının operativ həllidir.

Belə ki, 31 dekabr tarixinədək davam edən kampaniya çərçivəsində onlayn biznes kreditinə müraciət edən biznes sahibləri krediti 1.5% deyil 0.9% birdəfəlik komissiya ilə əldə edə bilərlər.

Ətraflı: http://tinyurl.com/nmddd296

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et