Banklarımız xanımlar üçün hansı bayram kampaniyalarını təklif edir? | Banco.az

Banklarımız xanımlar üçün hansı bayram kampaniyalarını təklif edir?

 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə  banklar bu bayram da öz kampaniyaları ilə xanımları hədiyyəsiz qoymadı. Banco.az da öz növbəsində bankların 8 Mart kampaniyalarını bir araya gətirib sizə təqdim edir.

1. AccessBank

14 Mart tarixinədək filiallarımızda sifariş edən xanımlara bütün debet kartlar 50% endirimlə, onlayn sifarişlərdə isə tam ÖDƏNİŞSİZ olacaq. Bundan əlavə SMS və İnternet Bankinq-ə pulsuz qoşulmaq imkanı əldə edirsiniz.

AccessBank Azerbaijan adlı şəxsin şəkli.

2. AFB Bank

Yalnız xanım müştərilərə şamil ediləcək “8 Mart” kampaniyası zamanı nağd pul krediti xüsusi endirimli şərtlərlə təqdim olunacaq. 2-9 Mart  tarixlərini əhatə edəcək kampaniya çəçivəsində kredit əldə edən xanım müştərilərin 1-ci ödəniş ayı üzrə illik faiz dərəcəsi 0% nəzərdə tutulur. Qeyd edək ki, kampaniya zamanı nağd pul krediti 48 ay müddətinə verilir və kreditin maksimal məbləği 20 000 AZN təşkil edir.

3. Azərbaycan Beynəlxalq Bankı

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə yeni təmassız ödəniş üzüklərə 4-6 mart tarixlərində 50% endirimli qiymətlərlə əldə edə bilərsiniz. Belə ki, kampaniya çərçivəsində təmassız ödəniş üzüyü və Visa Platinum kartını 150 AZN, təmassız ödəniş üzüyü və Visa Infinite kartını 300 AZN-ə əldə edə bilərsiniz.

Azərbaycan Beynəlxalq Bankı adlı şəxsin şəkli.

4. Azər Türk Bank

ATB Bankdan bütün xanımlara Beynəlxalq Qadınlar Günü münasibətilə 2 – 6 mart tarixlərində 3 illik MC Gold debit kartı hədiyyə verir.

Eləcə də, kampaniya çərçivəsində istehlak krediti əldə edən xanım müştərilər üçün kredit komissiyasız rəsmiləşdiriləcək!

5. Bank of Baku 

5-7 mart tarixlərində 30.000 AZN-dək Nağd Pul Krediti almaq istəyən xanımlara kreditin 8 ayadək faizləri HƏDİYYƏ olunacaq. Yəni, kredit müddətindən asılı olaraq kreditin 8 ayadək faiz borcundan azad olunaraq, sadəcə əsas borc üzrə tələb olunan məbləği ödəniləcək. Qeyd edək ki, müştərilərə 30.000 AZN-dək Nağd Pul Krediti 48 ay müddətinə, zaminsiz, komissiyasız və sığorta haqqı olmadan təqdim edilir.

Bank of Baku Bolkartlı xanımları və onlara hədiyyə almaq istəyən bəyləri də unutmayıb. Belə ki, Bolkartın partnyor şəbəkəsinə aid mağazalarda Bolkart taksit kartı ilə alış-veriş edən şəxslər 3, 6, 9, 12 və ya 18 aya aldıqları məhsulun ödəniş müddətinə +2 AY HƏDİYYƏ qazanaraq, xərclərini 5, 8, 11, 14 və ya 20 aya hissə-hissə ödəyə biləcəklər.

Bolkart debet kartı ilə restoranlarda, parfümeriya və kosmetika mağazalarında ümumilikdə 300 AZN-lik alış-veriş edən müştərilərə isə 20 AZN BAL HƏDİYYƏ olunacaq.

Məlumat üçün bildirək ki, 1 BAL=1 AZN dəyərindədir. 20 AZN BAL hədiyyə qazanmış müştəri istər Bolkartın keçərli olduğu partnyor mağazalarda yenidən 20 AZN dəyərində alış-veriş edə, istərsə də “DostBank” mobil tətbiqi vasitəsilə kommunal xərclərini ödəyə bilər.

Bolkart kart sahibləri üçün nəzərdə tutulan kampaniyalar 6-9 mart tarixlərində keçərlidir.

Bank of Baku - Sizə Yaxın Bankçılıq adlı şəxsin şəkli.

6. BTB Bank

Bank BTB 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Mikro kredit məhsulu üzrə “8 Marta 8% endirim” kampaniyasına start verib. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar 2-6 Mart tarixləri arasında Mikro kredit məhsuluna müraciət etdikdə illik faiz dərəcəsinə 8% endirim əldə edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, 50.000 AZN-dək təklif olunan Mikro kreditlər xanım sahibkarlara 0% komissiya və 48 ay müddətinə təklif olunur. Əlavə olaraq, sahibkar xanımlar biznes fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq 6 ayadək güzəşt müddətindən də yararlana biləcəklər.

Yalnız 5 gün davam edən kampaniyaya son müraciət tarixi 6 Mart 2020-ci ildir. Bu müddət ərzində müraciət edən sahibkar xanımların kreditləri 31 Mart 2020-ci il tarixinədək rəsmiləşdirilə bilər.

Bank BTB Nağd Pul məhsulu üzrə XANIMLARA özəl endirim kampaniyasını təqdim edir. Belə ki, 8 Mart Qadınlar günü münasibətilə 2-6 Mart tarixləri arasında Nağd Pul məhsuluna müraciət edən xanımlar illik faiz dərəcəsinin 8%-i qədər endirim əldə edəcəklər.

18%-dən başlayan şərtlərlə təklif olunan kreditin maksimum məbləği 30.000 AZN, kredit müddəti isə 48 ay təşkil edir. Bunlarla yanaşı, kreditə müraciət 20.000-AZN-dək olduqda zaminsiz, kredit müddəti 24 ayadək olduqda isə 0% komissiya ilə verilir.

Kampaniyanın digər özəlliyi Nağd Pul kreditindən yararlanan xanımlara pulsuz kredit kartı əldə etmək imkanının yaradılmasıdır.

7. Premium Bank

İki gün 5 və 6 mart tarixləri ərzində “Premium Bank”ın Visa Classic Miles, Visa Gold Miles, Visa Platinum Miles və Visa Signature Miles kartlarını sifariş edən xanımlar 50% endirim əldə edəcəklər.

Kartı "Premium Bank"ın filiallarına yaxınlaşaraq sifariş etmək mümkün olacaq.

8. Rabitəbank

5 mart tarixindən etibarən, nağd pul krediti üçün müraciət edən xanımlar, 3 təklifdən birini seçərək, 15.000 manatadək, zaminsiz 10.000 AZN olmaqla kredit əldə edə bilərlər! Seçim təklifləri aşağıdakı kimidir:

- Komissiya və Sığorta xərci ödəmə,
- Kreditini 15.9% ilə rahat əldə etmək,
- 36 ay deyil tam 50 ay müddətinə krediti geri ödəmək imkanı.

Qeyd edək ki, kredit əldə edən xanımlarımıza Kartmane debit və yaxud Kartmane kredit kartını hədiyyə olaraq təqdim edirik. Kampaniya 9 mart 2020-ci ilədək keçərlidir.
Digər kampaniya isə,  “8 mart, 8 faiz cashback” imkanıdır ki, bu da Kartmane sahibləri olan xanımlara 8 mart tarixində, kartmane ilə bütün kafe və restoran ödənişləri zamanı 5% deyil, tam 8% cashback qazandıracaq! Kampaniya yalnızca 8 mart 2020-ci il tarixində keçərlidir.

Rabitabank adlı şəxsin şəkli.

9. TuranBank

Mart ayının 13-dək davam edəcək kampaniyanın şərtlərinə əsasən həmin müddət ərzində kredit üçün müraciət edən xanımlar 24 ay müddətinə 15 000 manatadək məbləğində krediti 8% güzəştlə, komissiyasız əldə edə biləcəklər. Pulunu etibarlı əllərə əmanət etmək istəyən xanımlar isə TuranBankda, depozit növündən asılı olaraq əmanətlərini 1% artımla yerləşdirə biləcəklər.

10. Unibank

Albalı Plus kartı ilə 1-10 mart tarixlərində istənilən Unibank parfümeriya partnyorlarında əməliyyat etməklə, 8 ay müddətinə FAİZSİZ taksitlə ödəmək şansı əldə edə bilərsiniz.

11. Yapı Kredi Bank Azərbaycan 

1-7 Mart tarixləri arasında Yapı Kredi Bank ödənişsiz Gold Kart və 0% komissiya ilə nağd kredit imkanları təklif edir.

Tərlan Qəhrəmanova, Banco.az