Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ay Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 1.7% və ya 383.4 mln. manat artaraq 23 milyard 566 milyon manat olub.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların kredit portfeli illik müqayisədə 3.9 milyard manat və ya 19.8% artıb.
Kredit portfelinin 12 milyard 912 milyon manatını biznes kreditləri (illik 19.1% çox), 7 milyard manatını istehlak kreditləri (illik 19.2% çox), 3 milyard 645 milyon manatını isə ipoteka kreditləri (illik 21.1% çox) təşkil edib.
Kredit portfelinin artımının 54,8%-i biznes, 29,7%-i istehlak, 15,5%-i isə ipoteka kreditləri hesabına təmin edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!