Bankların dollar tələbi nə qədər olub? | Banco.az

Bankların dollar tələbi nə qədər olub?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 83,3 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (12 mart) müqayisədə 3,9 milyon dollar və ya 4,9% çoxdur.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, martın əvvəlindən bəri keçirilən 4 hərracda bankların dollar tələbi 310,7 milyon ABŞ dollar təşkil edib. 

Hərrac (mart ayı)

Tələb

14 mart

83,3 milyon dollar

12 mart

79,4 milyon dollar

7 mart

79,1 milyon dollar

5 mart

68,9 milyon dollar

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram