Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 151,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki hərracla (8 fevral) müqayisədə 89,7 milyon dollar və ya 2,5 dəfə çoxdur.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, fevralın əvvəlindən bəri keçirilən 4 hərracda bankların dollar tələbi 370,9 milyon ABŞ dollar olub.
Tarix (2024-cü il üzrə) |
Tələb |
13 fevral |
151,1 milyon dollar |
8 fevral |
61,4 milyon dollar |
6 fevral |
79,7 milyon dollar |
1 fevral |
78,7 milyon dollar |
Bizi sosial şəbəkələrdən izləyin!!