ROA (Return on Assets) müəssisənin ümumi aktivlərindən istifadə edərək nə qədər mənfəət qazandığını göstərən əmsaldır. Bu əmsal müəssisənin aktivlərinin nə qədər effektiv istifadə edildiyini göstərir. ROA əmsalı şirkətin xalis mənfəətinin onun ümumi aktivlərinə faiz nisbəti ilə hesablanır. Bu əmsalı hər bir manat aktivə nə qədər xalis mənfəət düşdüyünü ifadə edir.
Həmçinin bax: ROE və ROA-nın faktor təhlili
İndi isə aktivlərindən daha səmərəli istifadə edən TOP10 banka baxaq.
Aktivlərin gəlirliliyinə görə ilk yeri 2,70%-lə VTB Bank tutur. Növbəti yerdə isə aktivlərinin 1,88%-i miqdarında mənfəət qazanan Bank of Baku durur.
Banklar |
ROA əmsalı |
VTB Bank |
2,70% |
Bank of Baku |
1,88% |
Naxçıvanbank |
1,10% |
Expressbank |
0,96% |
Kapital Bank |
0,73% |
AFB Bank |
0,70% |
Rabitəbank |
0,56% |
PAŞA Bank |
0,54% |
Bank Respublika |
0,48% |
Ziraat Bank |
0,46% |
Bizi sosial şəbəkələrdən izləyin!!