Bankların 8 Mart kampaniyaları | Banco.az

Bankların 8 Mart kampaniyaları

Müəllif: Gülnar Əhmədli, Banco.az

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə banklar xanımlara xüsusi kampaniyalar təklif etməyə başlayıblar. Hazırda 2 bankda qadınlara özəl kampaniya var.  Xanımların bu üstünlüklərdən yararlana bilməsi üçün həmin kampaniyaları təqdim edirik. 

Qeyd edək ki, banklar yeni kampaniya elan etdikcə siyahımıza əlavə edəcəyik.

Rabitəbank – Hazırda bankda davam edən kampaniya çərçivəsində xanımlara Beynəlxalq Qadınlar Günü münasibətilə güzəştli şərtlər tətbiq olunur. Belə ki, 4-7 mart tarixləri ərzində nağd pul krediti götürmək istəyən bütün qadın müştərilər üçün komissiya 0% olacaq. Kampaniyanın şərtləri aşağıdakı kimidir:

İllik faiz dərəcəsi: 11.5%-dən

Məbləğ: 30 000 AZN-dək

Kreditin müddəti: 48 ayadək

Ətraflı: Kampaniya

ABB – Bankda 8 Mart tarixi də daxil olmaqla "Gənc" və "Romantik" "Faydalı keşbek" paketlərində gül dükanları, parfümeriya və aksesuar mağazalarında daha çox keşbek qazana biləcəksiniz. Kampaniyadan yararlanmaq üçün mart ayında "Faydalı keşbek" paketlərindən "Gənc" və ya "Romantik" paketini seçmək lazımdır.

Bu paketlərə aşağıdakı kateqoriyalar əlavə edilib:

  • Gül dükanları: 8%
  • Parfümeriya: 8%
  • Aksesuarlar: 8%

Müştərilər 09.03.2024-31.03.2024 (qeyd olunan tarixlər daxil) tarixlərində qeyd olunmuş kateqoriyalar üzrə 4%-lə keşbek qazanmağa davam edəcək. 

Hər bir kateqoriyada qazanıla biləcək maksimal keşbek məbləği: 30 AZN

Ətraflı: Kampaniya 

ABB – “ABB Miles”, “ABB Miles Premium” və “TamKart Platinum Debet” kartlarını 6-10 mart tarixlərində onlayn kanallar vasitəsilə və ya filiallarda sifariş edən xanımlar 8 Mart bayramı münasibəti ilə kart dəyərinin 50%-i qədər endirim qazanacaq. Endirim məbləği kampaniya bitdikdən sonra 5 iş günü ərzində keşbek balansınıza yüklənəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

  • Bu kampaniya yalnız qadın müştərilər üçün keçərlidir.
  • Endirim məbləği, kampaniya bitdikdən sonra 5 iş günü içində keşbek balansınıza yüklənəcək.
  • Kampaniyadan yalnız bir dəfə faydalanmaq mümkündür.

​Ətraflı: Kampaniya

Kapital Bank – Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sahibkarlara özəl kampaniya həyata keçirir.

Belə ki, 31 mart tarixinədək mikro biznes krediti əldə edən qadın sahibkarlar üçün illik kredit faizinə 8%-dək  endirim ediləcək. Xanımlar 100 000 manatadək krediti maksimum 36 ay müddətə, illik 18%-lə girovsuz və zaminsiz əldə etmək imkanı qazana biləcəklər.

Ətraflı: Kampaniya

Yapı Kredi Bank Bankda 6-8 Mart tarixlərində xanım müştərilər üçün istehlak krediti 0% komissiya ilə olacaq. Kampaniya istehlak krediti götürəcək bütün xanım müştərilərə şamil edilir. Kampaniya max. 30,000 AZN-dək olan kredit məbləğlərinə şamil edilir. 

Kampaniya 6-7-8 mart tarixlərində keçərli olacaq. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram