Bankların 2017-ci il üzrə auditini bu şirkətlər aparır - ARAŞDIRMA | Banco.az

Bankların 2017-ci il üzrə auditini bu şirkətlər aparır - ARAŞDIRMA

Hər bir şirkət, xüsusən də böyük şirkətlər maliyyə hesabatlarının, mühasibat qeydlərinin dəqiqliyini yoxlamaq üçün auditə ehtiyac duyur.

Əvvəlcə auditin nə olduğuna aydınlıq gətirək.

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Kənar audit isə təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.

Bankların da öz növbəsində kənar auditə ehtiyacı var. Kənar audit bankın eləcə də, şirkətlərin fəaliyyətinin düzgünlüyünü və qaydalara uyğunluğunu yoxlayır. Düzdür, mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünün yoxlanılması üçün hər bir bankın daxili auditi mövcuddur. Lakin, əsas fərq odur ki, kənar auditorlar bankın öz işçiləri deyil və şirkətin xətalarının üzərindən keçmək ehtimalı yoxdur. Buna görə də xarici auditorun qiymətləndirmələri daxili auditordan daha dəqiq və etibarlıdır.

Həmçinin, audit zamanı bankda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, bankın maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilir. 

Bildiyimiz kimi, audit şirkətinin seçilməsi və auditin aparılması hesabat ili yekunlaşdıqdan sonra həyata keçirilir, audit hesabatının dərc olunması isə adətən yaz aylarına təsadüf edir. Qeyd edək ki, hal-hazırda banklarımızda 2017-ci il üzrə audit yoxlamaları aparılır, bəzilərində isə bu prosess artıq yekunlaşmaq üzrədir.

Bəs banklarımız 2017-ci ilin maliyyə hesabatlarının və mühasibat sistemin yoxlanılması üçün hansı audit şirkətlərini və sərbəst auditorları seçiblər? Siyahıdan tanış olaq:

Bank

Audit şirkəti

AccessBank

Ernst & Young

AGBank

RSM Azerbaijan

ASB Bank

Grant Thornton

Atabank

PricewaterhouseCoopers

Azər Türk Bank

Ernst & Young

Bank Avrasiya

Moore Stephens International

Bank of Baku

KPMG

Bank Respublika

KPMG

Expressbank

PricewaterhouseCoopers

Kapital Bank

Ernst & Young

Muğanbank

Nexia Azerbaijan

Paşa Bank

Ernst & Young

Rabitəbank

KPMG

Turanbank

Baker Tilly Azerbaijan

Unibank

Əliyev Xaləddin Cəlal oğlu 

Baker Tilly Azerbaijan

Xalq Bank

Crowe Horwath International

Ən sərfəli kredit üçün müraciət et

Siyahıdan da göründüyü kimi, bəzi banklar kənar auditor olaraq "Big Four" şirkətlərini seçsə də, bəziləri digər beynəlxalq audit şirkətlərinin yerli nümayəndəliklərinə müraciət edib.

Qeyd edək ki, bu məlumatlar banklarımızla əlaqə saxlanılaraq öyrənilib, bəzi banklarımız isə seçdikləri audit şirkətinin adını verməkdən imtina ediblər.