Banklarımızda İnternet Bankinq xidməti neçəyədir? | Banco.az

Banklarımızda İnternet Bankinq xidməti neçəyədir?

İnternet bankinq – Sizə banka getmədən, onlayn rejimində öz hesablarınızı idarə etmək və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanı verən bank xidmətidir.

Yəqin ki, çoxlarınız belə edirsiniz, kreditlərinizi ödəmək, depozit məbləğini artırmaq, hesabdan hesaba, kartdan-karta pul köçürmək, kredit sifariş etmək və s əməliyyatlar üçün banka gedirsiniz və ya hər hansı bir idarəyə öz kartınızdan çıxarılışlar göstərmək üçün onları bankdan alırsınız (adətən kredit almaq üçün tələb olunur). Bu zaman həm nəqliyyatda, həm də bank şöbəsində vaxt və enerji itirsiniz. Halbuki bütün bunları –sadalanan əməliyyatların əksəriyyətini internet üzərindən etmək mümkündür.

Əgər hal hazırda bu məqaləni oxuyursunuzsa, deməli internet sizə daha yaxındır və vaxtınızın bir hissəsini məhz burda keçirirsiniz. Elədirsə, deməli internet bankinq də məhz sizlər üçün nəzərdə tutulub.

İnternet bankinqlə hansı əməliyyatları həyata keçirmək olar?

Bu da əsasən bankın texnoloji nailiyyətləri tətbiq səviyyəsindən və hansı prosessinq mərkəzi ilə çalışmasından asılı olaraq fərqlənir. Amma bir qayda olaraq, internet bankinq sizə bunları təqdim edir:

  • Əməliyyatlar üzrə hesabdan çıxarışların alınması
  • Onlayn rejimində hesabın qalığının öyrənilməsi
  • Kommunal xidmətlər və mobil rabitə üzrə ödənişlərin aparılması
  • Kart hesabları arasında köçürmələrin aparılması (Kartdan Karta)
  • Kart hesabı olmayan şəxslərə vəsaitin göndərilməsi (Cash-by-Code)
  • Ödəniş kartının müvəqqəti bloklaşdırılması
  • Ödəniş şablonlarının yadda saxlanılması və təkrarlanması;
  • Avtomatik şəkildə xidmətlərin ödənilməsi (hesabın bir-başa debitləşməsi) və s.

Sistemə qoşulmaq üçün müştəri xidmət olunduğu banka müraciət etməli və sifariş ərizəsi doldurmalıdır. Bu zaman sizə içərisində  autentifikasiya (İD) göstəriciləri olan zərf verilir. (Bankdan asılı olaraq fərqli də ola bilər).

Internet bankinq xidmətinin keyfiyyəti və təqdim olunan əməliyyatlar imkanı bankın hansı prosessinq mərkəzi ilə çalışmasından asılı olaraq fərqlənə bilər.

Aşağıdakı cədvəldə banklarda internat bankinqə qoşulma şərtləri, internat bankinq xidmətinin akiv olduğu banklar və illik xidmət haqqı ilə tanış ola bilərsiniz. Şərtlər ilə bağlı informasiya üçün “info” yazısı üzərinə klik edin.

Bəzi banklarda hazırda internet bankinq xidməti aktiv deyil. 

 

Bank

Sistemə daxil ol

İllik xidmət haqqı

Məlumat

AccessBank

MyAccess

Ödənişsiz

info

AFB Bank

internet bank

Ödənişsiz

info

Azər Türk Bank

eBank - yalnız hüquqi şəxslər üçün

Ödənişsiz

info

Bank BTB

İnternet bankinq

Ödənişsiz

 

Bank of Baku

İnternet bankinq

Ödənişsiz

info

Bank Respublika

İnternet şöbə

Ödənişsiz

info

Bank VTB

İnternet bankinq

Ödənişsiz

info

Beynəlxalq Bank

İnternet bank

Ödənişsiz

info

Kapital Bank

internet bank

Ödənişsiz

info

Rabitəbank

internet bank

Ödənişsiz

info

Unibank

İnternet bank

Ödənişsiz

info

Yapı Kredi Bank

İnternet Bank

Ödənişsiz

info

Xalq Bank

İnternet bank

Ödənişsiz

info

Paşa Bank

İnternet Bank

Ödənişsiz

info

NBC Bank

Onlayn bank

Ödənişsiz

info

Bank Silk Way

Ibank

Ödənişsiz

info

Expressbank

İbankinq

3 AZN

info

AGBank

internet bankinq

10 AZN

info

Amrahbank

internet bank

10 AZN

info

Nikoil Bank

internet bank

10 AZN

info

Bank Avrasiya

internet bank

10 AZN

info

Ziraat Bank Azərbaycan

Onlayn bank

10 AZN

info

ASB Bank

Aktiv deyil

   

Atabank

Aktiv deyil

   

Dəmirbank

Test mərhələsindədir

   

Muğanbank

internet bank

   

Ən sərfəli kredit üçün müraciət et