Banklarda SMS Xəbərdarlıq xidməti neçəyədir? - QİYMƏTLƏR | Banco.az

Banklarda SMS Xəbərdarlıq xidməti neçəyədir? - QİYMƏTLƏR

SMS notification – sms xəbərdarlıq xidməti öz sahibinə bank kartı üzrə bütün əməliyyatlar barəsində gecə-gündüz məlumatın alınmasına imkan verir, bunlar arasında: ödənişin həyata keçirilməsi haqda məlumatlandırma, vəsait kifayət etmədikdə əməliyyatın həyata keçirilməsi cəhdi haqda məlumat, kartın qüvvədə olma müddətinin başa çatması və digər oxşar halları qeyd etmək olar.

“SMS-Xəbərdarlıq” xidmətinin üstünlükləri:

  • Kart hesabınıza daxil olan və çıxarılan ödənişlər haqqında məlumat alacaqsınız;
  • Xidmətə istənilən mobil nömrə vasitəsilə qoşula biləcəksiniz (Azercell, Bakcell, Nar Mobile, və s (xarici nömrələr də daxil olmaqla);
  • Uğursuz əməliyyatlar haqqında xəbərdarlıq (yəni, vəsait olmadığı, kartın müddəti bitdiyi və s. bu kimi hallarda əməliyyat etmə cəhdi haqqında) məlumat alacaqsınız;

Müxtəlif prosessinq mərkəzləri ilə çalışan banklarda sms məlumatlandırma xidməti üzrə komisyon haqqlar fərqli olur.

SMS notification xidmətinin hər bir bank üzrə xidmət haqqları ilə (12 AYLIQ) ətraflı şəkildə cədvəldən tanış ola bilərsiniz: 

 

Bank

Xidmət haqqı

(AZN)

AccessBank

5

AFB Bank

18

AGBank

14.16

Amrahbank

15.6

ASB Bank

pulsuz

Atabank

pulsuz

Azər Türk Bank

14.16

Bank Avrasiya

12

Bank BTB

24

Bank of Baku

5

Bank Respublika

11.88

Bank Silk Way

14.40

Beynəlxalq Bank1

4.80

Expressbank

6

Kapital Bank2

5*

Muğanbank

24

NBC Bank

14.40

Nikoil Bank3

14.40

Paşa Bank

12

Rabitəbank

12

Turanbank

12

Unibank

6

VTB Bank Azərbaycan4

24 

Xalq Bank

14.16

Yapı Kredi Bank Azərbaycan5

-

Ən sərfəli kredit üçün müraciət et

Beynəlxalq Bank-ın VISA və MasterCard-ın Gold, Platinum, Amex Green Card, VISA PrimeCard Gold, Amex Gold Card, VISA PrimeCard Platinum, VISA Infinite/MC World Elite, Amex Platinum Card ödəniş kartlarının sahibləri üçün SMS-xəbərdarlıq xidməti ödənişsizdir. Digər ödəniş kartlarının sahibləri və əmək haqqı kartları sahibləri üçün aylıq abunə haqqı 0.40 AZN, pensiya kartlarında isə 0.10 AZN-dir.

- Kapital Bank üzrə sms-notification xidməti ya hər xidmət üzrə 0.10 AZN, ya da illik 5 AZN-dir. Həmçinin, Visa Gоld, Mastеrcard Gоld, Visa Business Gold, Visa Platinum, Mastеrcard Platinum, Visa Infinite, Mastеrcard World Elite kartları üçün SMS Xəbərdarlıq xidməti pulsuzdur.

- Nikoil Bank Visa Gold, MasterCard Gold və Visa Platinum kartlarında Sms xəbərdarlıq pulsuz təqdim olunur, digər kartlarda isə aylıq xidmət haqqı 1.20 AZN təşkil edir. 

- VTB Bank-ın əmək haqqı kartları üçün illik 15 AZN, depozi kartları üçün isə bu xidmət pulsuzdur.

- Yapı Kredi Bank (Azərbaycan) kartları olan WorldCard-da 2 növ sms xəbərdarlıq xidməti var: aylıq borc göndərildiyi zaman 0.50 AZN təşkil edir, kartınızdan etdiyiniz alış-verişlər zamanı kartınızdan çıxılan məbləğ haqqında göndərilən sms xəbərdarlıq isə 1 AZN təşkil edir. PulKart üçün sms-xəbərdarlıq 6 aylıq 5 AZN, 12 aylıq 10 AZN təşkil edir.