Günümüzdə populyar olmağa davam edən və getdikcə istifadəsi artan inernet bankçılığı (internet banking) nədir və nə üçün lazımdır?
İnternet bankçılığı nədir?
Bu xidmət yuxarda da dediyimiz kimi gün keçdikcə maraq qazanan və olduqca aktiv formada istifadə olunan bir bankçılıq xidmətidir. Bu xidmətin müştərilər üçün faydaları heç də az deyil.
İnternet bankinq – Sizə banka getmədən, onlayn rejimində öz hesablarınızı idarə etmək və müxtəlif bank əməliyyatlarını həyata keçirmək imkanı verən bank xidmətidir.
İnternet bankçılığı həyatımızda daxil olduqdan sonra bir çox sahədə işlərimiz surətləndi. Məsələn, kommunal ödənişlər, xərclərin izlənilməsi və digər bir çox sahədə İnternet bankçılığını istifadə edərək, bankın filiallarına getmə dərdindən qurtulmuş olduq. Bütün bunlar üçün lazım olan yeganə şey isə İnternetdir.
İnternet bankçılığı nə üçün lazımdır?
İnternet bankçılığı cari hesab, kart, əmanət, kredit hesabı sahiblərinin internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyyələrinin izləməsinə, həmçinin online ödənişlər etməyə, ödənişlərin tarixçəsini görməyə, kartdan karta pul köçürməsini etməyə, əmanət məbləğini artırmaya, bank daxili və xarici pul köçürmələrə imkan verən proqram təminatıdır.
Bu proqram vasitəsi ilə Siz, günün istənilən saatı banka gəlmədən birbaşa internet vasitəsi ilə öz hesablarınız üzrə aparılan dövriyyələr barədə məlumat əldə edə və müxtəlif əməliyyatlar icra edə bilərsiniz.
Siz 24/7, 365 gün idarə edə bank hesablarınızı, kartlarınızı, əmanətlərinizi, kreditlərinizi idarə edə, pul köçürmələri və digər əməliyyatlar da edə bilərsiniz.
Bu xidmət vasitəsilə siz,
- Hesab qalıqlarını nəzərdən keçirə,
- Hesab üzrə çıxarışları çap edə,
- Hesab üzrə çıxarışları elektron poçt ünvanına göndərə,
- Bankda olan şəxsi hesablar arasında köçürmələr edə,
- Bankın digər müştərilərinin hesablarına köçürmələr edə,
- Nağdsız konvertasiya əməliyyatları edə,
- Əmanət növlərini, şərtlərini və faiz dərəcələrini izləyə,
- Əmanət hesabları aça,
- Ölkə daxilində digər banklara milli valyutada köçürmələr edə,
- Xidmət haqlarını ödəyə,
- Kredit kartı üzrə borcları izləyə və ödəyə,
- Şəxsi məlumatları izləyə və s. bilərsiniz.
Bəs banklarda internet bankinq xidməti neçəyədir? Cədvəldən tanış olaq:
Bank |
Xidmət haqqı |
Accessbank |
Pulsuz |
AFB Bank |
Pulsuz |
AGBank |
10 AZN |
Amrahbank |
10 AZN |
Azər Türk Bank |
Pulsuz |
Bank BTB |
Pulsuz |
Bank of Baku |
Pulsuz |
Bank Respublika |
Pulsuz |
Bank Silk Wey |
Pulsuz |
Beynəlxalq Bank |
Pulsuz |
Expressbank |
3 AZN |
Kapital Bank |
Pulsuz |
Muğanbank |
3 AZN |
NBC Bank |
Pulsuz |
Nikoil Bank |
10 AZN |
Paşa Bank |
Pulsuz |
Rabitəbank |
Pulsuz |
Unibank |
Pulsuz |
VTB Bank |
Pulsuz |
Xalq Bank |
Pulsuz |
Yapı Kredi Bank Azərbaycan |
Pulsuz |