Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları ötən ilk 2 ayda (yanvar-fevral) müştərilərə verilmiş kreditlərdən 482.2 milyon manat faiz gəlirləri əldə ediblər.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 77.4 milyon manat və ya 19.1% çoxdur.
Banklar 2023-cü ilin yanvar-fevral aylarında 404.8 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
Ötən ay bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 92.1 milyon manat artaraq 641.7 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!