İlk təəssüratın nə qədər önəmli olduğunu çox eşitmişik. Məsələn, ilk gördüyümüz insan bizdə xoş təəssürat oyadıbsa, onun səhv qərar və düşüncələrini qəbul etmirik. Yaxud da, görməzlikdən gəlirik. Başqa bir nümunəyə baxaq. Hər hansı məhsulu aldığımız zaman məhsulun keyfiyyəti bizi qane etmirsə, o məhsulu yenidən almırıq. Hətta həmin mağazaya belə yenidən daxil olmaq istəmirik. İlkin təəssüratın şirkətlər üçün digər forması da onların şüarıdır. Şüar şirkətin misiya və vizyonunu özündə əks etdirdiyindən şirkət haqqında ilkin fikir formalaşdırır. Şirkət yaratdığı şüar elə ola bilər ki, hər kəsin dillər əzbərinə çevrilər. Bununla da, şirkət digərlərindən bir addım öndə olar.
Həmçinin bax: Sloqan necə olmalıdır?
Bütün bunlar xidmət sektoruna, xüsusilə də banklara da aiddir. Bəs bizim banklar hansı şüarlardan istifadə edir? Banco.az bankların şüarlarını bir yerə toplayaraq təqdim edir:
Banklar |
Şüar |
AccessBank |
Sizin yerli Avropa Bankınız |
AFB Bank |
Hər kəs üçün eyni |
AGBank |
Zəngin olmaq haqqınızdır |
Amrahbank |
Sizə açıq və aydın bank |
AtaBank |
Bir addım öndə |
Azər Türk Bank |
Sizin Dövlət Bankınız |
Azərbaycan Beynəlxalq Bankı |
Müasir Dövlət Bankınız |
Azərbaycan Sənaye Bankı |
Bir bankdan daha üstün |
Bank Avrasiya |
Avropa keyfiyyəti – Asiya ənənələri |
Bank BTB |
Arzulara yaxın ol |
Bank of Baku |
Sizə yaxın bankçılıq |
Bank Respublika |
Sizə faydalı |
Expressbank |
İşiniz rahat getsin |
Günay Bank |
Sabahından arxayn |
Kapital Bank |
Birinci bank |
Muğanbank |
Adımız tariximizdir |
Naxçıvanbank |
Birlikdə yüksələk |
NBCBank |
Hər zaman yanınızda |
Paşa Bank |
Zirvələrə doğru. Birlikdə |
Premium Bank |
Daha çox alın, tez-tez səyahət edin |
Rabitəbank |
Orta və Kiçik Biznesin tərəfdaşı |
Turanbank |
Bizimlə etibarlıdır |
Unibank |
Hər kəsin bankı |
Xalq Bank |
Uğurla birlikdəyik |
Yapı Kredi Bank |
Xidmətdə Sərhəd Yoxdur! |
Ziraat Bank |
Bir bankdan daha artıq |
Tərlan Qəhrəmanova, Banco.az