Bankda gecə növbəsində iş var | Banco.az

Bankda gecə növbəsində iş var

AceessBank "Çağrı Mərkəzinin mütəxəssisi (gecə növbəsi)" vəzifəsi üzrə vakansiya elan edib.

Son müraciət tarixi Okytabrın 6-sıdır.

Öhdəliklər:

  • Çağrı Mərkəzinə daxil olan zəngləri qəbul etmək, qeydiyyatın aparmaq və cavablandırmaq;
  • Bankın məhsulları haqda zəng edən müştərilərə ətraflı məlumat vermək;
  • Qeydiyyata alınmış müştərilərin müraciətlərinin vaxtında həllinə nəzarət etmək və geri dönüş zəngləri etmək;
  • Elektron poçt və sosial şəbəkələr vasitəsi ilə müştərilərin suallarını cavablandırmaq.

Tələblər:

  • Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili biliyinə üstünlük verilir);
  • Kompüter proqramlarını bilmək;
  • Nəzakətlilik, ünsiyyətcillik, fəallıq, işgüzarlıq;
  • Analitik düşünmə qabiliyyəti, dəqiqlik;
  • Yaxşı tələffüzlü, məsuliyyətli, özünü ifadə etmək bacarığ;
  • Qeyri-standart vəziyyətlərdə özünü və vəziyyəti idarə etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Bank sahəsində iş və Çağrı Mərkəzinin əməkdaşı qismində təcrübəsi olanlara üstünlük verilir.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.