"Bank VTB Azərbaycan"ın kredit portfeli 18% artıb | Banco.az

"Bank VTB Azərbaycan"ın kredit portfeli 18% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bank VTB Azərbaycan" bu ilin yanvar-sentyabr aylarında 8 milyon 643 min manat xalis mənfəət əldə edib.

Banco.az bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, bu dövrdə Bankın aktivlərinin həcmi 231 milyon 238 min manat olub. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,5% artım deməkdir. 

Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 18% artaraq 643 milyon 85 min manata yüksəlib. Bunun da 75 milyon 846 min manatını istehlak kreditləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, cari ilin 9 ayında Bankn depozit portfelinin həcmi isə 71 milyon 839 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et