Bank sektorunun xarici öhdəlikləri azalmaqda davam edir | Banco.az

Bank sektorunun xarici öhdəlikləri azalmaqda davam edir

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri bu il martın 1-nə 2 252,9 mln. manat təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu, fevralın 1-i ilə müqayisədə 14,3 mln. manat və yaxud 0,6% azdır. Son 1 ildə isə kommersiya banklarının xarici öhdəlikləri 3,3 dəfə azalıb. İlin əvvəlindən isə bu göstəricidə 55,4 mln. manat və ya 2,4% azalma qeydə alınıb. Beləliklə, Azərbaycan bank sektorunun xarici öhdəlikləri ardıcıl yeddinci aydır azalmağa davam edib.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitik qrupu bildirir ki, kəskin azalma "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 2,266 mlrd. ABŞ dolları (3,85 mlrd. manat) məbləğində xarici öhdəliklərinin Azərbaycan hökumətinə ötürülməsi ilə bağlıdır.