Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin fevralın 1-i tarixinə 2 milyard 496 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bankların xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 102 milyon manat azalıb, illik müqayisədə isə 681 milyon manat və ya 37,5% artıb.
Qeyd edilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma ilə əlaqədardır.
Bizi sosial şəbəkələrdən izləyin!!