Bank Respublika gənclər üçün “Qış təcrübə proqramı”na start verib | Banco.az

Bank Respublika gənclər üçün “Qış təcrübə proqramı”na start verib

Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Ən fəal təhsil dəstəkçisi” mükafatına layiq görülən Bank Respublika, IV kurs və ya magistr pilləsində təhsil alan, eləcə də universiteti yeni bitirmiş məzunlar üçün “Qış Təcrübə Proqramı” na start verib.

Təcrübə proqramında iştirak etmək üçün müxtəlif universitetlərdə təhsil alan 1200-dən çox iştirakçı tərəfindən müraciət qəbul olunmuşdur.  Aparılan testlər nəticəsində ən savadlı 32 gənc “Qış Təcrübə Proqramı”nda iştirak etmək imkanı qazanıb.

3 ay davam edəcək təcrübə müddətində iştirakçılar Bankın Baş ofisində və filiallarında bank qanunvericiliyi, kreditləşmə, risklərin idarə edilməsi, marketinq, İT, rəqəmsal bankçılıq və digər istiqamətlər üzrə təlimlərdə iştirak edəcək, müvafiq departamentlərdə çalışaraq təcrübə almaq imkanı əldə edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Layihənin sonunda proqramı uğurla bitirən iştirakçıların işə qəbul olunması nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, Bank Respublika bundan öncə də gənclər üçün “Yay Təcrübə Proqramı” həyata keçirmişdir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.