“Bank Respublika”nın 2023-cü ildə həyata keçirdiyi 6 layihə mükafata layiq görülüb.
Bank Respublika 2023-cü il ərzində həyata keçirdiyi uğurlu layihələrə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən 6 nominasiyada qalib edilib.
Qeyd edək ki, hər il keçirilən müsabiqədə, ölkə banklarının il ərzində həyata keçirdiyi layihələr Assosiasiyanın ekspertləri tərəfindən qiymətləndirilir.
2023-cü ildə “Bank Respublika” həyata keçirdiyi bütün layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilərək 6 nominasiya üzrə qalib seçilərək mükafata layiq görülüb:
- Korporativ sosial məsuliyyət layihələri həyata keçirən ən fəal bank;
- Ən fəal maliyyə savadlılığı dəstəkçisi;
- Ən fəal təhsil dəstəkçisi;
- Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ən fəal bank.
- Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri;
- “Özünüməşğulluq proqramında iştirak
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.