Bank of Baku 31 mart 2018-ci il tarixinə olan maliyyə hesabatlarını açıqladı.
Bankın "Balans hesabatı"na əsasən, sözügedən dövrdə, cəmi aktivləri 311,829 mln. manat olub. Belə ki, aktivlərin 20,734 mln. manatını nağd vəsaitlər, 35,710 mln. manatını nostro hesablardakı məbləğlər, 10,898 mln. manatını isə banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər və kreditlər təşkil edib.
Cari ilin ilk rübündə bankın cəmi öhdəlikləri 275,657 mln. manat olub ki, onun da 178,260 mln. manatını müştəri depozitləri təşkil edib.
Bank of Baku-nun 2018-ci ilin birinci rüb göstəricilərinə əsasən cəmi kapitalı 36,172 mln. manat həcmində olub.
MƏNFƏƏTDƏDİR
2018-ci ilin ilk 3 ayında xalis faiz gəlirləri 6,578 mln. manat, qeyri-faiz gəlirləri isə 931 min manat olan bank, mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlarını 22,343 mln. manat azaldıb ki, bu da bankın riskli aktivlərinin azaldığından xəbər verir. Sonda, bank ilin ilk rübünü 234 min manat xalis mənfəətlə başa vurub.