Bank of Baku-da yeni təyinat | Banco.az

Bank of Baku-da yeni təyinat

Bədəlova Elnarə Hicran qızı Bank of Baku-nun İT sahəsi, Planlaşdırma və Koordinasiya departamentinin direktoru vəzifəsinə təyin olunub.

Təhsil:

Elnarə Bədəlova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mühasibat uçotu və audit istiqaməti üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini UNEC-də eyni istiqamət üzrə magistr dərəcəsi ilə davam etdirib.

İş təcrübəsi:

Ümumilikdə 15 illik peşəkar iş təcrübəsinə sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

İş fəaliyyətinə 2009-cu ildə “FİNCA Azərbaycan”da başlayıb və 2012-ci ilə qədər Maliyyə xidmətləri eskperti olaraq çalışıb.

Daha sonra 2012-2016-cı illərdə “Amrahbank”da Nəzarət şöbəsi rəisi vəzifəsini yerinə yetirib.

2016-cı ildən isə “Kapital Bank”da fəaliyyət göstərməyə başlayıb. Texniki dəstək üzrə komanda rəhbəri, bank sistemində İT analitik, menecer vəzifələrini icra edib. Son 4 ildə “Kapital Bank”ın daxili bank sisteminin yazılıb tamamlanması və idarə olunmasında Məhsul sahibi olaraq çalışıb.