Bank BTB 2024-cü ilin ilk rübü ərzində bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirərək əməliyyat gəlirlərində kəskin artıma nail olmuşdur.
2023-cü ilin 1-ci rübü ilə müqayisədə bankın faiz gəlirləri 5.3% artaraq 2024-cü ilin 1-ci rübünün sonuna 7.6 milyon manata, xalis faiz gəlirləri isə 9.3% artaraq 2.9 milyon manata yüksəlmişdir. Bankın xalis əməliyyat mənfəəti 7.4 dəfə artaraq 908 min manat, xalis mənfəəti isə 70% artaraq 1.5 milyon manata çatmışdır.
Bank BTB-nin kredit portfeli rüb ərzində 2% artaraq 285 milyon manata çatmışdır. İpoteka kreditləri üzrə aparıcı banklardan biri olan Bank BTB 2024-cü ilin ilk rübü ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 51 müştəriyə 4.2 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 41 müştəriyə 2.4 milyon manat həcmində kreditlər rəsmiləşdirmişdir.
2024-cü ilin 1-ci rübünün sonuna Bankın məcmu kapitalı 52 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 21% təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir. Rüb ərzində Bank BTB nizamnamə kapitalını yeni emissiya hesabına 5 milyon manat artırmışdır.
Bankın ani likvidlik əmsalı isə 111.24% təşkil edir (Mərkəzi Bankın minimum tələbi - 30%).
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.