Bank Avrasiya, cari ilin ikinci rübünə olan maliyyə nəticələrini açıqlayıb. Bu haqda Banco.az portalı Bankın saytına istinadən məlumat verir. Portalın məlumatına əsasən Bank hesabatda göstərildiyindən fərqli olaraq, əslində zərərdədir.
Bankın məlumatına əsasən, Bank ilin ilk yarısını 8 mln 888.6 min manat xalis mənfəətlə başa vurub.
Lakin Bankın xalis əməliyyat mənfəəti cəmi 4 mln 208.5 min manat olub və Bank 4 mln 679 min manat vəsait həcmində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalı olub.
Bunun nəticəsində isə Bank 471 min manat zərərdədir. Lakin Bank hesabatda ayırmaları mənfəətin bir hissəsi kimi qiymətləndirərək, xalis mənfəətin həcmini böyütmüşdür.
Daha ətraflı şəkildə diaqramdan izləyə bilərsiniz.
Bankın balans göstəriciləri ilə aşağıdakı diaqramda tanış ola bilərsiniz. Ötən ilin eyni dövrü ilə müqayisədə Bank Avrasiyanın aktivlərinin həcmi 26% artmışdır, kredit portfelinin həcmi isə demək olar sabit qalmışdır. Bankın depozit portfelinin həcmi isə 30% böyümüşdür.