Banco.az saytı 2018-ci ilin nəticələrinə görə, İlin Ən Yaxşılarının seçimini yekunlaşdırdı. 2018-ci il Bank və maliyyə sahəsində bir sıra maraqlı hadisələr, kampaniyalar, yeniliklər və innovasiyalar ilə yadda qaldı. Banco.az portalı olaraq biz də maliyyə təşkilatları arasından Ən Yaxşılarını seçmək qərarına gəldik. 12 mart tarixindən başlayaraq portalımızda istifadəçilər bəyəndikləri maliyyə təşkilatlarına səs verərək onları qalib etməyə çalışdılar. Ümumilikdə səsvermə ərzində 10 minə yaxın insan səsvermədə iştirak etmişdir. Aşağıda nominasiyalar üzrə qalibləri təqdim edirik. Nəticələrlə buradan da tanış ola bilərsiniz - http://banco.az/az/contest/2018