Bakı milyonçusu Muxtarovun qəmgin hekayəsi | Banco.az

Bakı milyonçusu Muxtarovun qəmgin hekayəsi

11 Bakı milyonçusundan biri olan Murtuza Muxtarov haqqında yazını təqdim edir: 

1910-cu il...  Möhtəşəmliyi ilə fərqlənən İtaliya şəhərində-qədim  tarixini qoruyucu zireh kimi əyninə geyinib özünü mühafizə edən Venesiyanın küçələrində gənc və gözəl qadınla qol-qola girən eşməbığ kişi hamının diqqətini cəlb edə-edə qürurla addımlayırdı. İtalyanlar qafqazlı müsəlmana və yanındakı gözəl xanıma  gözucu nəzər salır, onların qəribə dildə  nə  danışdıqlarını özləri üçün ayırd etməyə çalışırdılar.

Venesiyanın gur küçələrinin birində həyat yoldaşı ilə qol-qola addımlayan həmin gözəl xanım-osetin əsilli general qızı Liza Tuqanova qəfildən dayanır, qarşısındakı memarlıq incisinə-füsunkar binaya baxaraq, heyrətini gizləyə bilmir:-belə binada yaşayanlar necə də xoşbəxtdilər!”-deyib ərinə nəzər salır. Amma onun laqeydliyindən, möhtəşəm memarlıq nümunəsinə gözucu nəzər salmasından inciyir. Lakin xəbəri yox idi ki, yanındakı eşməbığ kişi-bütün Qafqazda tanınan məşhur Bakı milyonçusu, neft maqnatı  Murtuza Muxtarov- o dəm nə düşündürdü. Bilsəydi, yəqin, sevincindən atılıb-düşərdi. 

Kasıb əmircanlı ailəsində-Muxtar kişinin evində dünyaya göz açan, həddi-buluğa çatmamış zəhmətə alışan, ta Tiflisə qədər gedib arabaçılıq edən Murtuza öz fərasəti ilə şəhərin dördüncü milyonçusu ola bilmişdi. Əmircanlılar da bu fərasətinə görə çətin durumda ona qahmar çıxmışdı; Martov soyadlı sahibkar qocaldığından bütün mədən və emalatxanalarını satmaq istəmişdi. O zaman vəsaiti o qədər də çox olmayan Murtuza kənd sakinlərinin  maddi yardımından sonra oranı ala bilmişdi. Böyük pullar da bundan sonra axmağa başlamışdı. Orta təhsil almasına baxmayaraq, şəhərin ən yaxşı mühəndislərini mədəninə cəlb edən, onlara yaxşı maaş kəsən Muxtarov yeni qazma üsullarına yiyələnib, quyuların sirrinə vaqif olub, hətta yeni metodlar da irəli sürmüşdü. 

Amma böyük neft pullarının ardınca onu əsl faciə gözləyirdi. Artıq hamının qibtə etdiyi neftxudaya çevrilən Muxtarov səfərdə olarkən iki qızı möhkəm xəstələnir. Onları xilas etmək mümkün olmur və milyonçunun qızları vaxtsız vəfat edirlər. Səfərdən qayıdan Muxtarov qarşılaşdığı faciənin təsirindən çıxa bilmir- bu şok onu ömrünün sonuna qədər izləyir- bütün günahları arvadı Qönçəxanımda görərək, onu evdən qovur. 

Image result for murtuza muxtarov

Bundan sonra özü də nə zamansa evlənəcəyini bilməzdi. Lakin bir gün Vladiqafqazda olarkən osetin əsilli generalın ortancıl qızı Liza onu məftun edir. Aralarındakı yaş fərqi çox olsa da, osetin qızı ona həyatının ikinci baharını yaşadır. Odur ki, Venesiyada gördükləri binaya baxaraq heyrətlənən Liza üçün onun başqa sürprizi var idi-Səadət sarayı. Elə Bakıya qayıdan günü Muxtarov həmin binanın inşaat planını, çertyojlarını almaq üçün Venesiyaya təcili adam göndərir. Çertyojlar gələndən sonra inşa işlərinə başlanılır. (Əvvəlcə, bina üçün indiki “İstiqlaliyyət” küçəsində yer seçilir. Lakin torpağın sahibi böyük pul qarşılığında belə o yeri satmadığından Səadət sarayı hazırki yerində -Murtuza Muxtarov küçəsində inşa edilir) Qısa müddətdə -1911-12-ci illərdə möhtəşəm tikili tam hazır olur. 

Ən sərfəli kredit üçün müraciət et

Bu müddətdə Murtuza Nağıyev arvadına bina haqqında heç nə deməmişdi. Yalnız tikinti işləri tam  başa çatandan sonra onu şəhərə çıxmaq adıyla faytona mindirir və Lizanı heç vaxt unuda bilməyəcəyi xoşbəxtliyinə-Səadət sarayına qovuşdurur. 

 1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın, binanın qarşısında qulluqçularının onları qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə, sevincinin həddi-hüdudu olmur. 

M. Muxtarov onunla Vladiqafqaza səfəri zamanı tanış olur və elə  həmin şəhərdə Liza xanım Tuqanova ilə evlənir. Murtuza Muxtarovun elçilik mərasimləri çox dəbdəbəli və təmtəraqlı keçib, toy mərasimləri 7 gün, 7 gecə davam edib.

Image result for murtuza muxtarov

Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət ərinin onun üçün tikdirdiyi Səadət sarayının qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşayır. Sara xanım Aşurbəyli danışır ki, o, anası İsmət xanım ilə birlikdə Liza xanım Muxtarovaya baş çəkə bilmişdi. O zaman bolşeviklərin göydə axtardıqları milyonçu arvadı xaricə qaçmaq məqsədilə saxta da olsa, bir türk paşasına ərə gedib, Türkiyəyə qaçır. Lakin burada da bəxti gətirmir. Yol yoldaşı onu aldadaraq son varidatını da əlindən alır və aradan çıxır. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Marseldə vəfat edib, amma onun məzarının yerləşdiyi yer barədə heç bir məlumat yoxdur”.

Liza əslində, Murtuza Muxtarov intihar edən zaman ölmüşdü. Çünki onun xoşbəxt günləri də o məşhur intihar hadisəsi ilə sona çatmışdı. Taleyin gərdişinə bax ki, Murtuza Muxtarovun dəhşətli sonluğu, yəni Lizanın faciəsinin başlanğıcı da Səadət sarayının payına düşdü. Muxtarov məhz bu saraya girən bolşeviki ölüdürəndən sonra sonuncu gülləni özünə sıxdı. Xalq yazıçısı Qılman İlkinin “Bakı və bakılılar” kitabında bu barədə maraqlı qeydlər var:

“Təbiətcə çox məğrur olan Muxtarovun həyatı faciə ilə bitir. Bakıda aprel inqilabının ilk günləri idi. Bu günlərin birində Muxtarovun Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov) küçələrinin tinindəki mənzilinə iki silahlı hərbçi gəlir. Muxtarov qapını açıb, onları gördükdə atəş açıb, Anosov adlı birisini öldürür, ikinci gülləni də öz alnına çaxır. İnqilabın ilk günlərində şəhərdə talan başlanmış və bir neçə gün davam etmişdi. Bakılılar davam edən talanı "Talan həftəsi" adlandırırdılar. Aranın qarışmasından istifadə edən soyğunçular evlərə, idarələrə basqın edir, arvadların qulaqlarından, boyunlarından qızıl bərbəzəyi güclə çıxarır, qiymətli avadanlığı aparırdılar. Soyğunçuların içərisində bolşeviklərə də rast gəlmək olardı. Köhnə bakılıların dediklərinə görə talanlara başçılıq edən Mikoyan ilə Sərkis idi. Şəhərdəki özbaşınalığı Muxtarov eşidir və görürdü. Muxtarovların ailə həkimi olan almanın  dediyinə görə, onsuz da son hadisələrdən əsəbləri pozulmuş Muxtarov evinə soxulan bolşeviklərə əsəbi vəziyyətdə atəş açmışdı” 

Elmin Nuri, Moderator.az