Bakı metrosunda QR bilet istifadəçilərinin sayı bir ayda 74% artıb | Banco.az

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı bir ayda 74% artıb

Bu ilin may ayında "Bakı Metropoliteni" QSC-də QR biletlə ödəniş edənlərin sayı aprel ayı (257 min 198) ilə müqayisədə 73,9% artaraq 447 min 237 nəfər olub.

Banco.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay QR biletlər gündəlik ödəniş sayı orta hesabla 14 min 427 olub. Bu isə əvvəlki aya nisbətən 68,3% (apreldə 8 min 573) çoxdur.

Bir gün ərzində bu üsuldan istifadə edənlərin sayı ilk dəfə 23 minə yaxınlaşıb. May ayının 31-də 20 min 55 sərnişin bu elektron ödəniş üsulundan istifadə edib və bu həm də bir gün ərzində ilin ən böyük göstəricisidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et