Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilib | Banco.az

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma qaydası ləğv ediləcək.

Banco.az xəbər verir ki, Azərbaycan Milli Məclisi “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gəlir vergilərində ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”i təsdiqləyib.

Milli Məclisin Baş Assambleyasının iclasında səsverməyə çıxarılan saziş qəbul edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gəlir vergilərində ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” fevralın 19-da Ankarada prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən imzalanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et