Azərbaycandan İtaliyaya pul köçürmələrinin həcmi 2,3 dəfə artıb | Banco.az

Azərbaycandan İtaliyaya pul köçürmələrinin həcmi 2,3 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycandan İtaliyaya köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi artıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən İtaliyaya 2022-ci illə müqayisədə 3 milyon 948 min dollar və ya 2,3 dəfə çox köçürülüb.

Bununla da İtaliyaya köçürmələrin ümumi həcmi 7 milyon 33 min dollara yüksəlib. 2022-ci ildə bu göstərici 3 milyon 85 min dollar təşkil edib. 

Qeyd edək ki, ötən il Azərbaycandan ən çox pulun köçürüldüyü birinci ölkə (26,6% payla) Türkiyə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et