Azərbaycandan İsrailə pul köçürmələrinin həcmi cüzi azalıb | Banco.az

Azərbaycandan İsrailə pul köçürmələrinin həcmi cüzi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycandan İsrailə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi cüzi azalıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ötən il fiziki şəxslər tərəfindən İsrailə 2022-ci illə müqayisədə 274 min dollar və ya 10,7% daha az pul köçürülüb.

Bununla da İsrailə köçürmələrin ümumi həcmi 2 milyon 290 min dollara enib. 2022-ci ildə bu göstərici 2 milyon 564 min dollar təşkil edib. 

Qeyd edək ki, ötən il Azərbaycandan ən çox pulun köçürüldüyü birinci ölkə (26,6% payla) Türkiyə olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et