Azərbaycandakı kredit ittifaqlarının zərəri 77% artıb | Banco.az

Azərbaycandakı kredit ittifaqlarının zərəri 77% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,5 milyon manat zərərlə başa vurub. Bu isə illik müqayisədə 76,7% çoxdur.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2023-cü ilin eyni dövrünü də zərərlə (0,3 milyon manat) başa vurmuşdu.

Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3% azdır.

Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 8,3% azalaraq 3,3 milyon manata, balans kapitalı isə 6,9% azalaraq 9,4 milyon manata enib.Bizim WhatsApp kanalımıza abunə olun

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram