Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar ayında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 187,9 milyon manatlıq əməliyyat aparıblar.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın fevral sayına istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 16,4 milyon manat və ya 9,7% çoxdur.
Ötən ilin eyni dövründə bu göstərici 171,5 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!