Azərbaycanda verilən kreditlərin 77%-i Bakının payına düşüb | Banco.az

Azərbaycanda verilən kreditlərin 77%-i Bakının payına düşüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin mart ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların kredit qoyuluşları 23 mlrd. 832 mln. manat təşkil edib. Bunun da 76.9%-i və ya 18 mlrd. 340 mln. manatı Bakı şəhərinin payına düşüb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Bakı şəhərinə kredit qoyuluşularının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.4% və ya 3 mlrd. 236 mln. manat artıb.

Qeyd edək ki, 2023-ci ilin mart ayının 1-nə Bakı şəhərinə kredit qoyuluşları 15 mlrd. 104 mln. manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram