Azərbaycanda sığorta şirkətləri üçün klirinq sistemi yaradılıb | Banco.az

Azərbaycanda sığorta şirkətləri üçün klirinq sistemi yaradılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətləri üçün klirinq (hesablaşma) sistemi yaradıb.

Sistem ilk olaraq avtomobillərin icbari sığortası sahəsində tətbiq ediləcək.

Belə ki, AMB-nin hazırladığı yeni qaydalara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə zərərçəkmişə dəymiş zərəri onun öz sığorta şirkəti ödəməlidir. Bundan sonra isə ödəyici həmin vəsaiti zərəryetirənin sığorta şirkətindən onlayn rejimdə həmin klirinq sistemi ilə alacaq.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram