Azərbaycanda sığorta ödənişlərinin 86%-i bu şirkətlərin payına düşür | Banco.az

Azərbaycanda sığorta ödənişlərinin 86%-i bu şirkətlərin payına düşür

2021-ci ildə Azərbaycanda həyata keçirilmiş 458,726 milyon manat sığorta ödənişinin 393,11 milyon manatı və yaxud 85,7%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (204,974 milyon manat) və “PAŞA Sığorta” (75,01 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 59,785 milyon manat), eləcə də "Atəşgah Həyat Sığorta" (31,557 milyon manat) və “Xalq Sığorta” (21,784 milyon manat)  ASC-lərdir.

İl ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Xalq Həyat Sığorta” (136 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (147 min manat), “Naxçıvan Sığorta” (422 min manat) və “Bakı Sığorta” (1,296 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 2,001 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 63,615 milyon manat (13,9%) təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram