Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş 241,128 milyon manat sığorta ödənişinin 202,331 milyon manatı və yaxud 83,9%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (119,325 milyon manat), “PAŞA Sığorta” (41,589 milyon manat), “Xalq Sığorta” (14,487 milyon manat), “Azərsığorta” (13,676 milyon manat) və “Atəşgah Həyat Sığorta” (13,344 milyon manat) ASC-lərdir.
7 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (3 min manat), “İpək Yolu Sığorta” (104 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (192 min manat), “Xalq Həyat Sığorta” (213 min manat) və “Naxçıvan Sığorta” (280 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 792 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 38,005 milyon manat (15,8%) təşkil edib.
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!