Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanılmış 654,918 milyon manat sığorta haqqının 522,249 milyon manatı və yaxud 79,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (278,987 milyon manat), "PAŞA Sığorta" (153,503 milyon manat), “Atəşgah Həyat Sığorta” (33,17 milyon manat), “Qala Sığorta” (30,447 milyon manat) və “Xalq Sığorta” (26,142 milyon manat) ASC-lərdir.
8 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (1,305 milyon manat), "Naxçıvan Sığorta" (1,577 milyon manat), “Atasığorta” (3,176 milyon manat), “Bakı Sığorta” (4,276 milyon manat) və “Günay Sığorta” (4,885 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 15,219 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,3%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 117,45 milyon manat (17,9%) təşkil edib.
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!