Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda toplanılmış 705,7 milyon manat sığorta haqqının 541,091 milyon manatı və yaxud 76,7%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (257,86 milyon manat), "PAŞA Sığorta" (157,705 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 53,452 milyon manat), eləcə də “Qala Sığorta” (37,88 milyon manat) və “Atəşgah Həyat Sığorta” (34,194 milyon manat) ASC-lərdir.
10 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (382 min manat), eləcə də "Naxçıvan Sığorta" (1,967 milyon manat), “Bakı Sığorta” (4,185 milyon manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (4,661 milyon manat) və “Xalq Həyat Sığorta” (5,115 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 16,31 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,3%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 148,299 milyon manat (21%) təşkil edib.
renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!