Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-iyul aylarında könüllü sığorta növlərinin hesabına 559 milyon 287 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 120 milyon 577 min manat və ya 27,5% çoxdur.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği isə 34,5 milyon manat və ya 18,5% artaraq 221 milyon 326 min manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!