Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 366,698 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 20,4% çoxdur.
Ötən 6 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 15,5% azalaraq 124,907 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 130,249 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 29,1% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 30,8% azalaraq 44,674 milyon manata düşüb.
Beləliklə, 2022-ci ilin yanvar-iyun aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 35,5 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-iyun aylarında 60,3 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 43,65 manatdan 35,8 manata düşüb.
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!