Azərbaycanda könüllü sığorta 15%, icbari sığorta isə 16% artıb | Banco.az

Azərbaycanda könüllü sığorta 15%, icbari sığorta isə 16% artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 528,899 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının bildirdiyinə görə, bu, ötən ilin yanvar-noyabr aylarına nisbətən 14,6% çoxdur.

Ötən 11 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 15,7% artaraq 239,016 milyon manata çatıb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 319,739 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,5% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 73,7% artaraq 110,111 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-noyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 60,45 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-noyabr aylarında 71,1 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 30,7 manatdan 46,1 manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram