Azərbaycanda işsiz əhalinin sayı azalıb | Banco.az

Azərbaycanda işsiz əhalinin sayı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin oktyabrın 1-i vəziyyətinə görə, 283,2 min nəfərə bərabər olub. Sentyabr ayının əvvəlində bu göstərici 283,5 min idi. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5 304,9 min nəfər olub, onlardan 5 021,7 min nəfərini məşğul əhali təşkil edib.

Qeyd edək ki, cari il sentyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 878,3 min nəfər, qeyri-dövlət sektorunda isə 876,6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1723,2 min nəfər çalışıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram