Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin avqust ayında Azərbaycan mobil internetin sürətinə görə 111 ölkə arasında 55,14 MB/S sürətlə 45-ci yerdə qərarlaşıb. Azərbaycan iyul ayı ilə müqayisədə mövqeyində 4 pillə irəliləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 161 ölkə arasında 104-cü yerdə qərarlaşıb. Burada Azərbaycan 5 pillə irəliləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 45,47 MB/S olub. İyulda isə internetin orta sürəti 40,65 MB/S idi.
Bizi sosial şəbəkələrdən izləyin!!