Azərbaycanda həyat və qeyri-həyat sığortası artıb | Banco.az

Azərbaycanda həyat və qeyri-həyat sığortası artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 134,305 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankına istinadən bildirilir ki, bu, ötən ilin yanvar-aprel aylarına nisbətən 16,1% çoxdur.

Ötən 4 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 204,802 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,7% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2 dəfə artaraq 102,051 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 40% artaraq 77,738 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-aprel aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 76 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 38 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-aprel aylarında müvafiq olaraq 43,2 manat və 28,4 manat olub.

Azərbaycanda könüllü sığorta 6%, icbari sığorta isə 15% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 222,416 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin yanvar-aprel aylarına nisbətən 6% çoxdur.

Ötən 4 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 14,9% artaraq 116,691 milyon manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 129,373 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 61,15% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 99,4% və yaxud təxminən 2 dəfə artaraq 50,417 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-aprel aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-aprel aylarında 38,3 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 24,9 manatdan 43,2 manata çatıb.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram