Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin avqust ayında Azərbaycanda “Google” ən popular axtarış sistemi olub.
Banco.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, ötən ay “Google”un ölkə üzrə bazar payı 89.86 faiz təşkil edib.
Hesabat dövründə “Yandex” axtarış sisteminin payı 8,28 faiz, “Bing”in payı 1,28 faiz, “Yahoo”nun payı 0,34 faiz, “DuckDuckGo”nun payı isə 0,2 faiz təşkil edib.
Qeyd edək ki, “Google”un global miqyasda payı isə 90,5 faizə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!