Azərbaycanda 20 bankın kredit portfeli artıb | Banco.az

Azərbaycanda 20 bankın kredit portfeli artıb

Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun kredit portfeli illik müqayisədə azalıb.

Bunlar "Bank of Baku", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Azərbaycan Sənaye Bankı", "Xalq Bank", "Nikoyl Bank", "AFB Bank", "Atabank", "Azərbaycan Beynəlxalq Bankı" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (80,1%), ən az azalma isə "Bank of Baku" və "Bank Avrasiya"da (1,8%) qeydə alınıb.

Qalan 20 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "Bank Silk Vey"də (56,3%), ən aşağı dinamika isə "AGBank"da (1,9%) qeydə alınıb.

4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Ən sərfəli kredit üçün müraciət et

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün kredit portfeli 1 milyard manatdan çoxdur.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 695,696 milyon manat), "Kapital Bank" (1 174,106 milyon manat), "PAŞA Bank" (1 144,269 milyon manat) və "Xalq Bank"dır (1 141,423 milyon manat).

Qalan 26 bankdan 20-nin kredit portfeli 100-500 milyon manat arasında, 4 bankın kredit portfeli 10-100 milyon manat arasında, 2 bankın kredit portfeli isə 10 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (1,188 milyon manat) və İran Milli Bankının Bakı filialıdır (3,498 milyon manat). 

© Renkinq

Ən sərfəli krediti almaq üçün müraciət et