Azərbaycana xaricdən 568 mln. dollar pul baratı daxil olub | Banco.az

Azərbaycana xaricdən 568 mln. dollar pul baratı daxil olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyun aylarında ölkəyə göndərilən pul baratlarının həcmi 567.8 milyon ABŞ dolları təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 36.3% azdır.

Ötən ilin eyni dövründə bu göstərici 890.7 milyon ABŞ dolları təşkil edib.

Qeyd edilib ki, hesabat dövründə ölkədən köçürülən pul baratlarının həcmi isə 1.9% artaraq 259.6 milyon ABŞ dollarına çatıb.

Nəticədə pul baratları üzrə 308.2 milyon dollar müsbət saldo yaranıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et