Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu açıqlayıb | Banco.az

Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu açıqlayıb

"Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Xarici mənşəli başlıca inflyasiya riskləri odur ki, geosiyasi gərginliklərin davam etməsi, mühüm beynəlxalq ticarət yollarında yaranan maneələr, eləcə də iqlim dəyişiklikləri dünya bazarında əmtəə qiymətlərini və tərəfdaş ölkələrdə inflyasiyanın dəyişkənliyini yüksəldə bilər".

Banco.az xəbər verir ki, bu, Mərkəzi Bankın məlumatında qeyd edilib.

Məlumata görə, inflyasiyanı artıra biləcək başlıca daxili risk xərc amillərinin aktivləşməsi ola bilər: "O cümlədən fiskal əməliyyatların pul təklifinə cari ildə də artırıcı təsiri istisna edilmir. Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu (yanvar proqnozu: 5.3%) dəyişməz saxlanılmışdır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı vardır". 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram