2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 14 mlrd. 693,1 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məkumatına əsasən, yanvar-noyabr aylarında kapital qoyuluşlarının ümumi həcmindən 9 mlrd. 870,9 mln. manat (bütün investisiyaların 67,2%-i) istehsalat təyinatlı obyektlərin, 4 mlrd. 822,2 mln. manat (bütün investisiyaların 32,8%-i) xidmət sahəsində obyektlərin inşasına yönəldilib.
Hesabat dövrü ərzində kapital qoyuluşlarının ümumi həcmindən 4 mlrd. 400,6 mln. manat (bütün investisiyaların 30%-i) xarici investisiyaların, 10 mlrd. 292,5 mln. manat (bütün investisiyaların 70%-i) daxili investisiyaların payına düşüb.
Yanvar-noyabr aylarında neft sektoruna 5 mlrd. 424,1 mln. manat (bütün kapital qoyuluşlarının 36,9%-i), qeyri-neft sektoruna 9 mlrd. 269 mln. manat (bütün kapital qoyuluşlarının 63,1%-i) həcmində investisiya qoyulub.
Hesabat dövrü ərzində tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 10 mlrd. 843,5 mln. manat və ya bütün kapital qoyuluşlarının 73,8%-ni (artım 11,4%) təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında dövlət müəssisə və təşkilatları tərəfindən 7 mlrd. 596,3 mln. manat (bütün investisiyaların 51,7%-i), özəl müəssisə və təşkilatlar tərəfindən 7 mlrd. 96,8 mln. manat (bütün investisiyaların 48,3%-i) həcmində kapital qoyuluşları həyata keçirilib.
2014-cü ilin 11 ayı ərzində müəssisə və təşkilatların vəsaitləri hesabına 7 mlrd. 628,3 mln. manat (artım 28,4%), bank kreditlərinin hesabına 494,9 mln. manat (azalma 34,3%), büdcə vəsaitlərinin hesabına 5 mlrd. 717,1 mln. manat (azalma 17,4%), büdcədənkənar fondların vəsaitləri hesabına 304,4 mln. manat (azalma 38,3%), əhalinin vəsaitləri hesabına 482,2 mln. manat (artım 17,6%), digər mənbələr hesabına 66,2 mln. manat (azalma 33,8%) həcmində kapital qoyuluşları həyata keçirilib.
interfax.az