Azərbaycan Beynəlxalq Bank mənfəətini 39% artırıb! | Banco.az

Azərbaycan Beynəlxalq Bank mənfəətini 39% artırıb!

01 iyul 2018-ci il tarixinə Azərbaycan Beynəlxalq Bankının aktivləri 8.403 milyard manatdan, 7.62 milyard manat olaraq 9% azalıb, kredit portfeli isə 1.68 milyard manat olub, bu da keçən rübə nəzərən 5 mln 570 min manat azalma deməkdir.

Hesabat dövründə bankda əhalinin əmanətlərinin həcmi 1.26 milyard manat, korporativ müştərilərin vəsaitləri isə 2.63 milyard manat olub.

Bankın depozit portfeli keçən il bankın 3,238,159,000 manat olub, bu rüb bu rəqəm 15% artaraq 3,791,380,000 olub.

Ən sərfəli kredit üçün müraciət et

Xalis mənfəətinə gəldikdə isə 139 mln 895 min manatdan 229 mln 792 min manat yüksələrək, 39 faiz artım göstərmişdir.

Belə ki, dövr ərzində bankın məcmu kapitalı 524 milyon manatdan, 762 milyon manata çataraq, 238 milyon manat artış təşkil edir. Adekvatlıq əmsalı isə 25,9%-ə yüksəlib. 01 iyul 2018-ci il tarixinə bankın nizamnamə kapitalının həcmi keçən rüb (1,1 mlrd manat) ilə müqayisədə  8% artaraq, 1,22 milyard manat təşkil edib.

 

Fuad VAHABZADƏ | Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et